14Aralık2017

MAKALELER ANTROPOLOJİ AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ?

AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ?

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 1
ZayıfEn iyi 
Makale İçeriği
AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ?
Sayfa 2
Sayfa 3
Sayfa 4
Sayfa 5
Sayfa 6
Tüm Sayfalar

Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir. Bu yazımda "millet nədir? " , "milli mənsubiyyətin önəmi" və bizlərin milli kimliyinin "azəri yoxsa Türk" olduğumuzdan bəhs edəcəyəm. Bu mövzu son zamanlar çox müzakirə edilir. Bəzi işbazlar kariyeralarınıın sonuna gəldikləri üçün mu, yoxsa qanlarında rus ve ya ermeni qarışığı olduğundan mı ?bilinməz millətimizi və milli kimliyimizi başqa tərzdə və kökündən uzaq bir halda bizlərə tanıtmağa çalışırlar. Mənə görə bu gündəmdə qalmaq üçün və ya xarici qüvvələrin xüsusi sifarişi ilə edilir.

Sizlərə ilk öncə " millət nədir ?" , " millət anlayış nəyi ifade edir?" suallarına cavab tapacağa, bu mövzularda fikirlər bildirəcəyəm. Millət - ərəbcəsi, ulus-türkçə, nation - fransızca adlanan bu qavram, bir -birlərinə bir sıra bağlarla bağlanmış insanlardan oluşmuş bir topluluq olaraq tanımlanır. Bu bağların necə bağlar olduğunu qeyd edəcəyəm. İnsanları bir-birinə bağlayan bağların yəni milləti təşkil edən faktorlar, dəlillər və ya sübutlara görə, iki dəyişik millət anlayışı vardır: Obyektiv- inşaacı (nəsnə, maddi ) millət anlayışı və subyektiv -özcü millət anlayışı.

Obyektiv-İnşaacı milli anlayışa görə milləti təşkil edən insanlar bir- birinə əllə tutulur və gözlə görünən bağlar ilə bağlanırlar. Buna qarşılıq olaraq subyektiv-özcü millət anlayışına görə milləti təşkil edən insanlar bir-birinə subyektiv-özcü, şəxsi olan bağlarla bağlana bilir. Açıqca obyektiv millət anlayışına görə insan topluluğu millət halına bir neçə faktörlərin təsiri ilə çevrilir. Subyektiv millət anlayışına görə isə bu çevrilmə subyektiv ünsürlərin təsiri ilə də ola bilər.

Obyektiv mili anlayışa görə millət, ulus -eyni irqdən gələn, eyni dildən gələn və eyni dinə inanan insanların meydana gətirdiyi bir topluluqdur. Bu görüşü mənimsəyən düşünürlərin bəziləri dil birliyini, bəziləri yurd birliyini, bəziləri soy birliyini, bəziləri din birliyini, bəziləri tarix ortaqlığını və ülkü (ideal) qardaşlığını fərdləri bir-birinə bağlayan əsas ünsür və ya faktor olaraq görmüşlər. Saydığımız faktorlər (etkənlər, təsirlər) tarixi baximdan bir çox millətin meydana gəlməsində böyük rol oynamışdır. Fəqət milləti sadəcə bu ünsürləri mənimsəyən toplumlardan oluşmur. Bu baxımdan millətin meydana gəlməsində subyektiv, yəni kültürəl ünsürlərdə ağır basmaktadır(3). Subyektiv millət anlayişina görə millət, bir çox subyektiv bağlar ilə bir-birinə bağlanmış insansanların oluşdurduğu topluluğudur. Bu bağlar mənəvi baxımdandır, bir çox duyğu və düşüncələrdən ibarətdir. Subyektiv-özcu millət anlayışın ilk dəfə Ernest Renan (4)(1823-1892) tərəfindən 1882-ci ildə yayinlanan Qu"est-ce q"une nation (MİLLƏT NƏDİR) s.114(5) isimli əsərində ortaya atılmış və müdafiə tərzində müzakirə edilmişdir(6).

Milləti ortaya çıxaran insanları bir-birinə bağlayan bu özcu bağlar arasında keçmiş, xatirə, məqsəd, ideal, istikbal, gələcək, ülkü birliyi kimi xüsuslar yer almaqdadır(7). Keçmişdə yaşanılan ortaq acılar və ya birlikdə qazanılan başarılar-zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadələlər, ortaq təhlükələrə qarşı birlikdə qarşı gəlmək kimi faktörlər, sübutlar(8) insanları bir-birinə bağlayar və milləti təşkil edir.

Ernest Renan millətin obyektiv ünsürlərlə meydana gəldiyi düşüncəsini rədd etmişdir. Yazara görə: " İnsan nə irqinin, nə dilinin, nə də dininin, nə də nəhirlərin izlədiyi yolun, nə də sıra dağların yönünün əsəridir. Sağlam duyqulu və isti qəlbli insanların bir araya gəlməsi mənəvi bir şüur yaradır ki, buna millət deyilir" (9). Deməli Renana görə, milləti meydana gətirən şey, "birlikdə acı çəkmiş,s evinmiş və birlikdə ümid etmiş olmaq" dır(10).

Şüphə yox ki, millət bir könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmin əmələ gətirə, yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq torpaq, ortaq tarix, ortaq soy, ortaq ölkə, ortaq din kimi obyektiv faktörlərdir. Ancaq subyektiv və ya kültürəl faktırlar bu zəminin üzərində yüksələ bilər. Demək ki, bir millətin meydana gəlməsində həm obyektiv həm də subyektiv anlayışlar bir-birini tamamlamalıdır. Ayrıca bir insan topluluğunun bir könül birliyi halini alaraq, bir milləti meydana gətirməsində siyasi qüvvə və təşkilatında böyük rolu vardır. Bütün qeyd etdiyimiz bu qavramlarla birlikdə millətə belə bir tərif verə bilərik.:


ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.