MAKALELER ANTROPOLOJİ AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ? - Sayfa 2

AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ? - Sayfa 2

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 1
ZayıfEn iyi 
Makale İçeriği
AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ?
Sayfa 2
Sayfa 3
Sayfa 4
Sayfa 5
Sayfa 6
Tüm Sayfalar

"Millət -nə yalnız irq, yurd birliyindən, nə dil, tarix və ülkü birliyindən, nə də siyasi, hüquqi və iqtisadi birliyin deyil, yuxariıa saydığımız obyektiv və subyeltiv ünsürlərin birləşməsindən meydana gələn tarixi sosial bir gərçəkdir". Türkiyəli yazar Gökalp " millət nədir" sualına cavab verərkən bu kəlimənin mənasına yaxin olan "irq, qövm, ümmət, xalq dövlət" kimi qavramların tənqidindən yola çıxaraq "millətin irqi bir birlik olmadığını, kültürəl bir birliyə dayanan bir tərbiyə yəni eyitim sonunda meydana gələn bir birlik olduğunu ifadə edir.

Bəs millətin və ya hansi millətə mənsub olmağin önəmi nədir. Bu suala sizlər üçün cavab tapmağa çalışacağam.

Öncəliklə millət önəmlidir və millət olmadan dövlət olmaz. Bir dövlətin var ola bilməsi üçün bəlli bir insan topluluğu olmalıdır. Bəhs etdiymiz topluluğu təşkil edən insanlar bəlli bir dəyərə sahib olmalıdır və bu tarix boyu belə olmuşdur. Bu dəyərlərə coğrafi irqi, tarixi faktorlar və təşkilatlanma, kültür birliyi daxildir. Millətini bilməyən dövlətinin və vətənini qiymətini bilməz. Milli kimliyinə dəyər verməyən, vətən torpağının da dəyərini anlamaz. Millətin dəyərini anlamayan hər daim işğal altında qalar və ölkəsinin hürriyyətini, azadlığın önəmsəməz. Milli mənliyini, milli dəyərlərini, milli kimliyini, milli ruh birliyini bilməyən, tanimayan, oluşduramayan topluluqlar öz soylarından uzaqlaşır və öz milli birliyini oluşdurmuş başqa millətlərin içində əriyib yox olurlar. Bu halda olan minlərcə topluluq vardır. Buna ən yaxşı örnək Avropadakı- Amerikadakı afrikalılardır. Onlar Avropadakıların köləsi olaraqa yaşamış və özlərinə fransız, ingilis və. s deməyə məcbur edilmişlər.

Bəziləri milli mənsubiyyəti önəmsəmədiyini desələr də amma evlərinə ən kiçik əşya aldıqlarında onun mənşəyini soruşurlar. Örnəyin, bir köynək alarkən pambıq yoxsa sintetik olduğunu araşdırırlar və ya bir çanta alınca dəri və ya dəri əvəz edici olduğunu sual edirlər. Hal belə olunca, öz mənşələrini, milli kimliklərinə önəm vermirlərsə demək ki, sosial varlıq olan insana aldıqları əşya qədər dəyər verməyi düşünmürlər. Bu isə ağla və məntiqə sığacaq bir düşüncə deyil.

Türklərdə millət qavramı dövlətin ayrılmaz bir parçasıdır(13). Bəs biz Azerbaycanlıların milləti nədir ? Bu suala cavab olaraq "Türk milləti " deyə düşündüyünüzü bilirəm və mən də belə düşünürəm. Amma bəziləri " azəri " və ya "azərbaycanlı"deyə söyləyir. Bu " azəri "sözü son zamanlarda meydana çıxmışdır. Sizə əminliklə deyə bilərəm ki, biz Oğuz Türklərini, "azəri milləti" deyə farslar, "azərbaycanlı milləti " deyə isə ruslar adlandırmışlar. Bunun səbəbi heç şübhəsiz İran adlanan fars dövlətinin 40 milyon Azerbaycan Türkünün ayağlanmasından qorxduğudur. İran fars dövləti "azərilər" deyə bizləri türk millətindən ayırmaq istəməmişlərdir. Digər tərəfdən ruslar da "azəri və ya azərbaycanlı", özbək, qazax, tatar,t acik deyə Türk millətini parçalamış və beləcə hökm etmişdir. Əks halda Türklərin tək Türk milləti adı ilə birləşib onlara baş qaldıracaqlarını və Qafqazlarda Avrasiyada hökm sürəcəyindən əmin olmuşlar. Ruslar və farslar,i ngilislər tarix boyu Türk millətinə böl, parçala, ud və ya hökm et siyasətini həyata keçirmişlərdir.

Azerbaycan Tarix boyu Oğuz Türkmən, Türk yurdu olmuşdur. Hətta Dədə-Qorqud dastanındakı hekayələrdə keçən yer adlarının Azərbaycanda olduğunu Türkiyəli məşhur tarixçi M.F.Kırzıoğlu isbat etmişdir. Azerbaycan Türkləri üçün tarixdə Bizanslılar "Turkia", farslar "Türkmən cənnəti" demişlərdir. Osmanli-Səfəvi qaynağlarında da Azərbaycanda yaşayan əhaliyə Türkmən deyilmişdir. Oğuz Türk hökümdarı olan Şah İsmayil Xətai də Azərbaycan torpağında yaşan əhaliyə doğru olaraq "Türk oğulları" deyə xitab etmişdir: "Ey Türk oğlulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə,bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişmyinə. Onu qoruyun və gələcək nəsillərə göndərin" Türk hökümdarı Şah İsmail Xətai.


ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.