MAKALELER ANTROPOLOJİ AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ? - Sayfa 3

AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ? - Sayfa 3

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 1
ZayıfEn iyi 
Makale İçeriği
AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ?
Sayfa 2
Sayfa 3
Sayfa 4
Sayfa 5
Sayfa 6
Tüm Sayfalar

Azərbaycan adının mənşəyi ilə əlaqədar tarixçilər və araşdırmacılar müxtəlif fikirlər irəli sürmüşlər. Amma "Azərbaycanlı" deyə millətin olmadığı fikirində həm fikir olmuşlar. Bu nöqtədə tarixə baxdığımızda bu mövzunu araşdıranlar qaynaqlarda bölgə xalqına "azərbaycanlı" və ya " azəri "adlarını verməmiş və bu şəkildə tanımlanmamışdırlar. Bu gün yayqın şəkildə və qərəzli olaraq, "azerbaycanlı milləti" , "azəri millət" , "azəricə dili" və ya "Azerbaycan dili" deyə yayqınlaşdırılır. Bu nədənsə xüsusi ilə Güney Azerbaycanda deyil də Quzey Azerbaycanda belədir. Quzey Azerbaycanda insanların dilində özəlliklə "azəri" və"azəricə" sözləri dolanır. Bu baxımdan fars zülümünə məruz qalmalarına baxmayaraq, Güney Azerbaycandakı soydaşlarımız daha cəsurdurlar və doğruları dəyişdirmirlər. Güney Azərbaycandakı soydaşlarımız hər xaman, hər yerdə Türk millətindən olduqlarını və dillərinin Türkçə olduğunu xüsusi ilə qeyd edirlər.Bunu mən Təbrizə ziyarətimdə özüm gözləmlədim.

Özlərini "azəri" və ya "azərbaycanlı" milləti adlandıranlar, tarixi araşdırsalar çox böyük xəta etdiklərini anlayarlar. "Azəri" deyə farslar atəşə sitayiş edən kiçik bir tayfanı adlandırırlar. "Azerbaycanlı" deyə bir millətin olmayacağını oxuyan, arşdıran hər kəs anlayar. Çünki "Azerbaycanlı", Amerikalı, Fransalı və. s hansı ölkədən olduğunu bildirən ifadədir. Belə bir millət ola bilməz. Necə ki, İraqli, Suriyali, Libyali, Dubaylı deyə millət yoxdur və burda yaşayan insanlarin milləti ərəbdir. Azerbaycanlıların, Özbəkistanlıların, Qazaxıstanlıların, Türkmənistanlıların, Türkiyəlilərin, Güney Azerbaycanlıların. İraq və Suriya Türkmənlərinin və. s milləti Türkdür yəni bu insanlar milli azlıqları çıxmaq şərti ilə əsasən Türk millətinə mənsubdurlar.

Miladdan öncəki dönəmlərdən 20. yüz ilə qədər Azərbaycanda yaşayan insanlara daima Türk deyilmiş və danışdığımız dilə də Türkçə deyilmişdir. Sovet dönəmində rusların işğalı ilə azərbaycanlı, azəri və azəricə ifadələri xüsusi ilə yayqınlaşdırdı 1936-cı ildə Stalin özəlliklə "Türk milləti " deyilməsinə qarşı çıxaraq "azərbaycanlı" deyilməsini təbliğ etdirir. Stalinin məqsədi Türklərə qarşı" böl, parçala yönət" siyasətini həyata keçirməkdir. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu misraları hər şeyi izah edir:

"Qurdlar olub çobanların qoyunu,

İtdən öyrənirsən öz soyunu,

Azərilik komunizmin oyunu,

Azəri deyiliz,Türk oğlu Türküz.

Halbu ki, 1919-cu,1924-cu ilə aid bəlgələrdə və 1929-cu ilə aid olan kitablarda Türk dili və sonrasında 1934 -cü və 1941 ci illərə aid şəxsiyyət vəsiqələrdə və pasportlarda Türk milləti olaraq qeyd edilir. Sonradan müstəqillik zamanında, mərhum liderimiz, dövlət başçımız Abülfəz Elçibəyin dönəmində də kitablarin üzərində "Türk dili " deyə özəlliklə qeyd edilirdi.

Demək ki, bizlərin Türk millətinə mənsub olduğumuz gərçəyi işğalçıları (rusları, farsları) ciddi dərəcədə narahat edir və qorxudurdu. Mərhum düşünürümüz və şairimizin Bəxtiyar Vahabzədənin bu misralarını tam yeridir deyə düşünürəm:


ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.