MAKALELER ANTROPOLOJİ AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ? - Sayfa 4

AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ? - Sayfa 4

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 1
ZayıfEn iyi 
Makale İçeriği
AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ?
Sayfa 2
Sayfa 3
Sayfa 4
Sayfa 5
Sayfa 6
Tüm Sayfalar

"Anlaya bilmirəm, niyə "TÜRK" sözü,

Kiminsə başına düşən daş olmuş... "

Azərbaycanın şairlərindən biri olan Səməd Vurğun da Stalinin qəbulunda oxuduğu "Rəhbərə Salam" şeirində Türk sözünü işlətmişdir:

Bakının sayrışan ulduzlarından,

Çadrasız, boyasız Türk qızlarından,

Uçan durnaların xoş avazından,

Bizim aşıqların avazında,

Şərqin qapısından yanan bir şamdan,

Günəşli gündüzdən, aylı axşamdan,

Azad sənətimdən, azad dilimdən,

Mənə könül verən öz sevgilimdən

Salam gətirmişəm huzuruna mən,

Bu gündən, gələcək qərinələrdən!

Sizlərlə Azerbaycalıların Türk millətinə məxsus olduğunu tarixi dəlillərə və bəlgələrə əsasən paylaşdım. İndi özlərini "azəri" deyə atəşə sitayiş edən kiçik bir tayfa olaraq görənlərə və "azərbaycanlı" milləti deyə adlandıranlara yenidən düşünmələri gərəkdiyini məsləhət görürəm. Əks halda sadəcə 1936-ci ildən sonra meydana gələn bir millət olaraq kiçilərlər. Halbu ki, bizlər şanli Oğuz Türkləriyik və milladdan 5 min il öncəyə uzanan bir tariximiz vardır. Digər tərəfdən bizim müstəqilliyimizin rəmzi olan üç rəngli şanlı bayrağımızdakı mavi, göy rəngin anlamının türk milləti olduğumuzu və soyumuzun Gök Türklərdən gəldiyini bildirdiyini anlamaları lazımdır. Bunu Azərbaycanda ibtidai sinifdə oxuyan şagirdlərin belə bildiyi halda, yaşı kifayət qədər olan bəzi millət vəkillərinin və ya akademiklərin bilməməsi həqiqətən heç də inanadırıcı deyil. Bu qərəzli Türk düşmanlığına son verilməsi lazımdır! Azərbaycanın mərhum, qurucu Türkçü lideri, dövlət başçısı Əbulfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim "Türklük odur ki, Türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər" , "Türk deyiləm " deyənə qarşı heç vaxt israr etməyin.A llahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla, zorla şərəf verəcək deyilik əlbəttə".


ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.