14Aralık2017

MAKALELER FİLOLOJİ Toponimlərdə Yaşayan Gizlin Həqiqətlər

Toponimlərdə Yaşayan Gizlin Həqiqətlər

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 2
ZayıfEn iyi 
Makale İçeriği
Toponimlərdə Yaşayan Gizlin Həqiqətlər
Sayfa 2
Tüm Sayfalar

Azeri Türkçesi ile Azerbaycan'da bulunan üç köydeki bazı yer adlarının açıklaması bu makalede irdelenmiştir.

Toponimlər hər bir xalqın milli və mənəvi sərvətidir. Hər hansı ölkənin, bölgənin toponimlərində tarixi, o dövrün coğrafi mühütü yaşayır. İstənilən coğrafi ad (toponim) təsadüfən, heç nədən yaranmır. Hər bir toponim ictimayi məhsuldur. Mənasız, “göydən düşmə” toponim ola bilməz. Ancaq heç də, bütün coğrafi adların mənası və mənşəyi ilk baxışdan bizə aydın olmur. O üzdən toponimlərin öyrənilməsi çox vacibdir.

Qax rayonununda yetərincə müxtəlif və maraqlı toponimlər mövcuddur. İlisu, Sarıbaş və Ağçay kəndləri ərazilərində diqqət çəkən yüzlərcə coğrafi adlar mövcuddur. Bölgədəki coğrafi adları;

1.Təbii-coğrafi toponimlər.

2.Tarixi-etnoqrafik toponimlər.

Biz bölgədə mövcud olan bəzi maraqlı coğrafi yer adlarını geniş izah etməyə çalışacağıq;

Ərtürkən (Erturgen): İlisu kəndinin qərbində, Kürmükçayın sağ sahilində yerləşən dağ. Dağ yay otlaqları kimi istifadə olunur.Yerli əhali bəzən dağı Əlitürgən kimi adlandırır. Əslində sözün ilk hissəsi “Ər”-dir. Ər isə məlumdur ki, möhkəm, mərd, qəhrəman, igid, qoçaq deməkdir. Maraq çəkən məqam sözün ikinci hissəsi olan – türkəndir (turgen). Məhşur rus türkoloqu N.Baskakov "Türk mənşəli rus familiyaları" kitabında göstərmişdir ki,turgen türk, monqol sözü olub "cəld, sürətli, iti" deməkdir. Bundan başqa söz "qızğın, əsəbi, hərarətli, tələsgən, savaşqan, öcəşkən" mənasınıda verir. Əlavə olaraq demək lazımdır ki, turgen sözü Rusiyada tanınmış “Turgenyevlər” soyadının kökünü təşkil edir.

Qara vidir: kəndin şərqində, Qıcal dağında yerləşən qayalıq ərazi. Bu qayalıqdan Qıcal dağının otlaqlarına dağ yolu keçir. Vidir türk dillərində dağ yolu deməkdir. İlisuda isə daha çox çətin keçilən dağ yolu kimi işlədilir. Qara sözü isə bu dağ yolunun daha çətin, keçilməz olduğunu göstərmək üçün əlavə olunmuş.

Hunbel (Hun beli): Şarıbaş kəndindən şimalda, Böyük Qafqaz dağlarının Dağıstanla olan sərhəddində yerləşən aşırım. Hündürlüyü 2657 metr olan bu aşırım iyul-oktyabr ayları arasında keçid üçün əlverişlidir.Məlumdur ki, skif, sak, kəmər, hun və bir çox başqa türkmənşəli tayfalar Azərbaycana Dərbənd və Dəryal keçidləri vasitəsi ilə daxil olmuş.Maraqlıdır ki, eramızın III əsrindətərtib olunmuş Avropa və Asiyanının qədim xəritəsində bu keçidlərdən başqa "Alban keçidi" adlanan daha bir keçid haqqında məlumat verilir və bu keçidin məhz Şimal-qərbi Albaniya bölgəsində olduğu güman edilir. Böyük ehtimalki Hun bel aşırımı elə Alban keçidir. Keçidin adı əhalinin yaddaşında "Hun beli" kimi qorunub indiyə kimi gəlib çıxmış.

Qaflan dağ və Qaflan dərə: İlisu kəndindən şərqdə, Hamamçay dərəsi vadisində yerləşən dağ və dərə. Dağın hündürlüyü 2879 metrdir. Azərbaycanın fiziki-coğrafi məlumat xəritəsində zirvənin adı Qaflan kimi göstərilib. Məlumdur ki, qaflanaslan, pələng, bəbir mənasını verir. Alternativ kimi, qaplan sözüdə işlədilir.Qaplan Bəbir (lat. Panthera pardus) — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü hesab olunur. Yaşlı nəslin nümayəndlərinin dediklərinə görə, bu dağda və dərədə zaman-zaman qaplana rast gəlinib. Əlavə olaraq bir məqamıda qeyd edək: Qaflan dərə adlı toponim Əfqanıstanın şimalında yerləşən bir çay vadisinin adıdır və rəsmi mənbələrində Kaflandara, Qaflan Дара, Кафландара (рус), Qaflān Darreh, قفلندره (фа), Qaflan Darah kimi qeyd edilib.


ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.