14Aralık2017

MAKALELER FİLOLOJİ Toponimlərdə Yaşayan Gizlin Həqiqətlər - Sayfa 2

Toponimlərdə Yaşayan Gizlin Həqiqətlər - Sayfa 2

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 2
ZayıfEn iyi 
Makale İçeriği
Toponimlərdə Yaşayan Gizlin Həqiqətlər
Sayfa 2
Tüm Sayfalar

Kötüklü (Kotuklu): kəndin şimalında,Hamamçayın sağ sahilində yerləşən dağ. Yerli əhali dağın adını ağac kötüyü ilə əlaqələndirir. Əslində dağ digər ərazilərnən müqayisədə az meşə örtüyünə malikdir, demək olar ki, kol və xırda ağaclarla örtülüdür.Hər hansı gözə çarpacaq iri ağac kötükləri mövcud deyil. Bu adı qədim türk tayfalarından biri olan kataklarla əlaqələndirirlər. Məlumdur ki, hun tayfaları ilə birlikdə Azərbaycana katak, avar və b. tayfalar da gələrək Azərbaycanın bir çox ərazilərində olduğu kimi Şəki-Zaqatala bölgəsində də məskunlaşmışdılar. Kötüklü toponimi məhz bu qədim türk mənşəli tayfalardan biri olan katak tayfasının adını əks etdirir.

Bucaq məhəllə: İlisu kəndində məhəllə. Çox vaxt "Bucaq" toponimini bu günkü mövcud coğrafi mövqeyinə görə izah etmək istəyirlər. Yəni kəndin bucaq, künc hissəsi. Məlumdur ki, Azərbaycanın bir çox bölgələrində (Oğuz, Kürdəmir, Neftçala, Yevlax) "Bucaq" coğrafi adı mövcuddur və əslində bucaq türk mənşəli tayfa adı ilə bağlı etnotoponimdir. Bucaqlar köçəri noqoyların bir qolu olmuşdur. Sərkərdə Noqoyun yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Onlar Dnepr, Dunay çayları və Qara Dəniz arasındakı bir küncdə (bucaqda) yaşadıqlarına görə belə adlanmışlar.

Sarıbaş: Kürmük çayının sahilində, İlisu kəndindən şimal-qərbdə yerləşən kənd.Kəndin adı ilə müxtəlif fikirlər mövcuddur. Ancaq böyük ehtimalı ki, kəndin adı qədim türk tayfalarından biri olan sarıbaşların adı ilə bağlıdır.Sarıbaş adlı yaşayış məntəqələri Ermənistanda və Krımda da qeydə alınmışdır. Bundan başqa Sumqayıt çayının qolu Sarıbaş adlanır.

Maq: Şarıbaş kəndindən şimlada, Dağıstanla sərhəddə yerləşən dağ. Maq Qax rayonu daxilində olan ən yüksək dağdır (3486 m). Dağın digər adı Axvaydır. Maq adının izahı haqqında rəsmi bir məlumat olmasada, maq sözü daha çox Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynamış türk mənşəli maq tayfaları ilə əlaqəlidir. Maq sözü həm etnonim, həm də kahin anlamında işlənilir. Cənubi və şimali Azərbaycanda bir çox tayfaları keçmişdə mağ, muğ, baq fonetik variantları ilə bəlli olan maq etnonimi ilə adlanmışdır.

Qıcal: İlisu kəndindən şərqdə yerləşən dağ. Dağ ərazidə olan ən yüksək yay otlaqlarından biri hesab olunur. Toponim qacal sözünün dəyişməsi nəticəsində formalaşmış. Qacal, yaylaq, meşə ətrafında otlaq yer mənasını verir. Qacal toponimi Qərbi Azərbaycanın Meğri rayonu ərazisində də qeydə alınmış.

Muşun: Şarıbaş kəndi yaxınlığında yerləşən dağ.Sözün ilk hissə olan Muş Türkiyənin Muş ilinin inzibati mərkəzidir. Muş termini fərqli formalarda izah olunur. Diqqət çəkən məqamlardan biri odur ki, Mahmud Qaşqarlının “Divanu Luğat-it-turk” kitabında belə bir atalar sözü var: “Öldeçi sıçgan muş ayakı kaşır”(öləcək siçan pişik ayağı qaşıyar). Ola bilsin ki, Muşun dağı ərazidə olan meşə pişiklərinin və ya diğər pişikkimilərin geniş yayılmasına görə adlanmış.

Namik Mantaş

Aziya.info



ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.