MAKALELER FİLOLOJİ Koroğlu, Dədə Qorqud və Qor Tanrı

Koroğlu, Dədə Qorqud və Qor Tanrı

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 1
ZayıfEn iyi 
Makale İçeriği
Koroğlu, Dədə Qorqud və Qor Tanrı
Sayfa 2
Tüm Sayfalar

Azeri yazar Firəngiz Rüstəmova’dan “Koroğlu, Dədə Qorqud və Qor Tanrı” makalesi ile Türklere farklı bir bakış…

Sak \ Skif çarlarının Herakl nəslindən gəldiyinə inanılır.

F . Ağasıoğlu “Etrusk – Türk bağı” kitabında yazır: “Herodota görə, saqalar Heraklın törəmələridir.

Targitayla bağlı saqalardan eşidib yazdığı adların da türk adları olması dolayısı ilə türkləri də Herakl soyuna bağlayır. “Skif; Heraklın ilan ayaqlı xanımdan doğulan üç oğlundan biridir və Skif \ Sak nəsli ondan başlanır.

Əgər Qor\ Hor tanrısı ilə Koroğlunu, Koroğlu ilə də Heraklı eyniləşdiririksə; Heraklın oğlunun adının Sak olması; Horun isə oğlunun təsviri olan kanopun “Sax” adlandırılması təsadüf deyil.

Saklara müxtəlif coğrafi ərazilərdə müxtəlif adlar verilib – Mas”saq”etlər, Qik”sak”lar, Kas Saklar, Ka”zak”lar, Ka”zax”lar, “Sax”ul, Bor”sak”, Kar”sak”, Kay”sax”- Ka”zax”, Kıp”çak”, Saxa, “Soq”toqalık, Bes”sak” kimi.

Z. Həsənovun “Çar Skiflər” kitabında yazdığına görə: “Skiflərlə Oğuzlar eyni nəsildir, belə ki, Herodotun Skif etnosunun adı rus elmi ədəbiyyatında uzun müddət düzgün olmayan “skif” transkripsiyasında oxunmuşdur. Herodotun yazdığı ”Σκυθ“ sözü Qədim Yunan d. transkripsiyasında “Kuz \ Quz” olaraq oxunur. Çar Skiflər, yəni Quzlar; Kor oğullarının bir başa varisləridir. “Tarixdə bilinən Sak dövləti isə “Sakasena” olub və bu günki Azərbaycanda yerləşib.

Akmenid yazılarında bütün Skiflər elə “Sak” adlandırılıb. Sakların tarixdə Perslərlə olan müharibələri haqqında çox məlumatlar var. Zaman- zaman müxtəlif dövlətlərin ordusunda da vuruşmuş olan Saklar tarixə qorxmaz, döyüşkən xalq kimi düşüblər. Onlardan yaradılan döyüşçülər ordusu tarixdə “Ölməz”lər, hər zaman “Sağ” qalmağı bacara bilənlər adı ilə qalıb. Həm Azər Tanrısının, həm də Qor Tanrısının “Sağaldıqdan” sonra “Sax” bürcünə təcəssüm etmələri , Qorun oğlunun kanopu üzərinə “Sax” yazılması ilə Sak nəslinin “Saq \ Sak \ Sağ \ ölməz adlandırılmasının bir əlaqəsi vardır .

“Sax“ sözünün güzgüdəki əksi “Xas”dır. Xas \ Kas isə eyni kökdən gələn sözlərdir, yəni “X” səsinin ”K” səsinə keçməsi mümkündür. “Kazax \ Qazax” sözü özündə həm Sax \ Sak və Kasları birləşdirir. Alimlərin dediyinə görə etnosun adı ilə bağlı olan “Kazax \ Qazax”: Sak, Kaspi, Kas, Kaz, Xaz, Az, Kasak nəslinin adı ilə bağlıdır. Çex alimləri N.Y.Mara və B. Qroznının təxmininə görə Kas \ Sak nəslinin adı “Kasak \ Kesek” sözündən yaranıb (Bu gün də Qazax \ Kassak rayonunda; Kəsəmən, Dağ kəsəmən, Kosalar kəndləri vardır). Bu fikri akademik A.X. Marqulan, tarixçi M. Ajinxanov və yazıçı S. Mukanov dəstəkləyir.

Kas \ Xas \ Sak, Kazax \ Kasaxlar Xəzər və Aral dənizləri arasında yaşayırdı.

Akademik V.V. Radlova görə “Kazax” sözü “Azad adam” deməkdir.

Hər zaman Saklar “Şah \ Çar” nəsli sayılıblar. “Çar Skiflər” adlandırılıblar...

Herodotun “Quz” kimi yazdığı, rus elmi ədəbiyyatında səhvən “Skif” yazıldığından çıxış edərək bu qənaətə gəlmək olar ki, Quz – Kuz - Kas – Sak nəsli, “Sax – Saq” olan “Osir \ Azər” və əbədi tanrı olan “Qor” elə Oğuzdur.

“Koroğlu” və ”Dədə Qorqud” eposlarının “Quz \ Oquz \ Oğuz” eposları olduğunu, Skifin \ Sakın da elə Quz \ Kuz \ Oquz, Azərlərin də Quz \ Oquz olmasını nəzərə alsaq; Osirin \ Azərin və onun ailəsinin haqqındakı əfsanələrin elə Oğuzla bağlı olması da mümkündür. Çünki Qor – Qorqud, Qor – Qoroğlu – Koroğlu paralellikləri, Qiza ərazisindəki “Qiza” piramidasının, Bakıdakı “Qız” qalasının; elə “Quz \ Oquz \Oğuz” olması niyə mümkün olmasın? Hər ikisi Günəşin, göy cisimlərinin səmadakı trayektoriyalarına görə hesablanıb, inşa edilmişdir.

Kainatda göy cisimlərinin hərəkət istiqamətini göstərən “Oz” damğası da; Oğuz damğasıdır.

Qədim Misirdəki Kuban ərazisində olan “Xor\Hor Baki” xramı, dünyada ən qədim insan məskənlərindən olan Kubanda; Bakı və Abşeron, Azeroba ərazilərinin olması təsadüfi deyildir. Sanki Qafqazla qədim Misir bir – birinin güzgüdəki əksidir.

F. Ağasıoğlu “Azər Xalqı” kitabında yazır: “Poladlı boyundan toplanmış; “Qıratın qaçırılması” qolunda söylənmiş, “Koroğlu Dədədir, çıxma sözündən! Nəslimiz kəsilər torpaq üzündən”- deyimi, Koroğlunun əcdad kultu ilə bağlı olduğunu ortaya qoyur. Adım Rövşən, “Soyum Koroğlu” deyimi də bunu təsdiq edir”.

Əgər Qor \ Qoroğlu paralelliyindən danışırıqsa, Koroğlu kultunun mənşəyini axtarırıqsa; burada “Koroğlu” epos qəhrəmanının adı deyil, onun soyu və ya soyadı olmasını nəzərə almalıyıq. Qəhrəmanın adı Rövşəndir! Rövşən \ Ravşan \ Rauşan \ Ra Şu... , soyum Qoroğlu \ Koroğlu\ Goroğlu \ Horoğlu \ Xoroğlu; Günəş \ Gün \ Göy \ Gök oğlu deməkdir!


ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.