23Nisan2018

MAKALELER FİLOLOJİ Koroğlu, Dədə Qorqud və Qor Tanrı - Sayfa 2

Koroğlu, Dədə Qorqud və Qor Tanrı - Sayfa 2

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 1
ZayıfEn iyi 
Makale İçeriği
Koroğlu, Dədə Qorqud və Qor Tanrı
Sayfa 2
Tüm Sayfalar

Ravşan \ Rauşan... Ra – Şu – Aton... Ravşan \ Rovşan adının mənası pers d. “işıqlı” deməkdir. Rouşanqar “işıqlı \ nurlu ruh”, “Ravşan” isə ərəb d. “işıqlı pəncərə və ya eyvan” deməkdir. Deməli, Rövşənin adı günəşlə, işıqla, uca ruhla bağlıdır. Bu adın əsasında Günəş tanrısı dayanır. Ra – günəş tanrısı, “Şu” isə Qədim Misir Yaradılış miflərində həm hava, həm də Günəş işıqları və ya günəş şüaları tanrısı idi, insan simalı deyil, günəş diski formasında təsvir edilirdi. Qor tanrısının da təsvirləri günəş diski; qanadlı Günəş diski formasında idi.

Akenatonun çarlığı dövründə Misir təktanrılıq inancına keçmişdi. Həmin Tanrı Aton idi. Ra, Şu, Aton və Qor tanrısının simalarının cəmləşmiş olduğu tək Tanrı kimi qəbul edilmişdi.

Diqqəti cəlb edən isə odur ki, dörd tanrının hər biri günəş tanrısıdır.

Həmin vaxta qədər isə qədim Misirdə iki mindən çox tanrıya sitayiş edilirdi. Aton kultu sonrakı təkallahlı dinlərin yaranmasında həm rol oynadı, həm də təkan verdi.

Ra - Şu - Aton, R Ş T N; Aton Tanrısının adının Aton \ Aten \Atonu \ İtn kimi yazılış və tələffüz formaları da var. “Ra” tanrısının adı; günəşin təzə doğmuş vaxtlarını ifadə edən Er-kən, Er- tə sözlərində gizlidir ki, Er- kən dedikdə “Ra; Kün-Kun”, yəni günəş, Er-tə dedikdə isə “Ra; Tan \ Aton” yada düşür. “Er” həm də yer, məkan bildirir. Ertə \ Erkən Ranın, Günəşin, Tanrının göydəki məkanında olduğu zamandır. Belə ki “Ra\ Günəş”, “Ta-Tan”; “Dan” yeridir. “Aton” günəş işığı tanrısının göydə olmasıdır, görünməsidir, Dan \ Tan yeridir. “Aton” tanrısının adında Ton; Tan; Dan kimi sözlərimiz var ki, Tan\ Dan dedikdə artıq günəş şüalarının göyləri işıqlandırması başa düşülür. Tanrı \ Tanra \ Aton – Ra...

“Şu” tanrısının adında; Saxa türklərinin “Isıyah”ını xatırladan bir işıq, isti, Isı sözü gizlidir. Qədim Misirdə də “Şu” elə günəş işığı tanrısı idi. “Ra” tanrısının; “Şu” və Atona təcəssümü, “Qoroğlu” isə Qor Tanrısının; Kor \ Qor \ Goroğluna təcəssümüdür. Qor tanrısının adı diğər xalqlarda dağ, yüksəklik, əzəmət kimi mənalarda qalsa da, Azərbaycan dilində “Qor” sözü bir başa qor, günəş, istiliklə bağlıdır.

Yay fəslinin daha isti keçən periodlarının “qora bişirən” adlanması təsadüfi deyil. Axı günəşə “qarax, quyaş” deyən türk boyları da var.

Həm Qor \ Hor tanrısının adına dünya xəritəsində istənilən ölkənin coğrafi ərazilərinin adlarında, dünya xalqlarının folklorunda və mifoloji qəhrəmanlarının, ulusların, çarların adlarında, günəş, hərarət, ucalıq, əzəmətlə bağlı ifadələrdə , tanrı, adlarında və digər sahələrdə rast gəlinir. Həm də “Koroğlu” haqqında olan söyləncələr; yazı olmayan dövrlərdən bu günümüzə, 21-ci əsrə gəlib çatıb. “Koroğlu” yeganə qəhrəmandır ki, Saqa \ Sak boyları tərəfindən dünyaya yayılaraq Qədim Etrusklarda (Xer Okle), Latınlarda (Her Okul), qədim Yunanlarda (Her Akle , Dunay\ Tuna sahilləri; Balkanlar, Sibir, Suriya, Orta Asiya xalqlarının folklorunda yer alıb və beş yüzdən çox versiyası vardır.

Qor Tanrısı və Qoroğlu qədər geniş coğrafiyaya yayılmış ikinci bir Tanrı və Qəhrəman yoxdur. 
Z . Həsənov yazır: “Mifik - tarixi “Korkut” sözündə “kut” komponentinin, “ruhun daşıyıcısı, ruhun təcəssümü”, mənasını bildirməyindən və bu adda birinci komponentin türk bütpərəstlik tanrılarının adını bilməyi şərtindən çıxış edərək, belə qənaətə gəlmək olar ki, etimoloji nöqteyi – nəzərdən Korkut sözü “Tanrı Korun ruhunun təcəssümü” anlamını verir”. 

Firəngiz Rüstəmova

http://aziya.info



ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.